
Ailən, yoxsa həyatın
Həkim Keti Meyer vəkil əri Devid və qızları Eypril ilə birlikdə firavan ömür sürürdü. Lakin Devidin öz evlərində ölü tapılması bu ailənin rahatlığına son qoyur. Hadisə yerinə gələn polis nümayəndələri baş verənləri intihar kimi qiymətləndirərək işi sürətlə bağlayırlar.
Keti rəsmi qurumların bu qənaəti ilə heç cür barışa bilmir. Ərinin ardınca qoyduğu iddia edilən vida məktubunu araşdıran qadın orada qəribə məqamlar aşkarlayır. Yoldaşının əslində qətlə yetirildiyinə inanan ana həqiqəti üzə çıxarmaq üçün öz təhqiqatına başlayır.
«Ailən, yoxsa həyatın» (Your Family or Your Life) trilleri 2021-ci ildə ABŞ-da rejissor Tom Şell tərəfindən lentə alınıb. Filmin əsas rollarını Cenni Qart, Ancelika Brices, Coş Server və Ben Rid paylaşıblar.
«Ailən, yoxsa həyatın» onlayn izlə
Film haqqında
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın