
Alov altında inam
Yanğınsöndürən Tom Hetçer insanları alovun içindən xilas etməyə alışsa da, öz ailəsini qorumaqda aciz qalır. Əvvəlcə həyat yoldaşı xərçəng xəstəliyindən dünyasını dəyişir, qısa müddət sonra isə eyni diaqnoz onun altı yaşlı qızı Tiffaniyə qoyulur. Ağır itki və qorxu Tomun içində idarəolunmaz qəzəbə çevrilir və o, üsyanını Tanrıya yönəldir.
Yaşadığı sarsıntı nəticəsində yerli keşişə hücum edən Tom dəmir barmaqlıqlar arxasına düşür. Lakin hücuma məruz qalan din xadimi qisas almaq əvəzinə, həyatının ən çətin dövrünü yaşayan bu acılı ataya kömək əlini uzatmaq qərarına gəlir.
2020-ci ildə ABŞ-da istehsal olunmuş «Faith Under Fire» dram filminin rejissoru Coel Pol Rayziqdir. Ekran əsərində əsas rolları Nik Vlassopulos, Tenli Kelloqq, Din Keyn və Kevin Sorbo canlandırıblar.
«Alov altında inam» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 27 noyabr 2020
- Ölkə
- ABŞ
- Rejissor
- Joel Paul Reisig
- Janr
- Keyfiyyət
- 480p
- Tərcümədə
- Çoxsəsli kadrarxası
- Müddət
- 88 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın