
Finki
Musiqiçi və kukla ustası olan gənc Miki Finki qaranlıq keçmişindən qurtulmaq istəyir. Qolueydə işlədiyi yerdə rəhbəri ilə münaqişəyə girən gənc böyük məbləğdə pul oğurlayır. O, dostu Tom ilə birlikdə İrlandiyanı tələsik tərk edərək yeni başlanğıc ümidi ilə Qlazqoya yola düşür.
Şotlandiyadakı ilk gecə faciə ilə nəticələnir və qəzaya düşən Miki iflic olaraq əlil arabasına məhkum qalır. Həyatın dibinə yuvarlandığı anda onun qarşısına gözlənilməz fürsət çıxır. Belə ki, qəddar ab-havaya malik avanqard «Carnival Chaotica» sirki gənci öz sıralarına qəbul etmək qərarına gəlir.
2019-cu il istehsalı olan «Finky» dram filminin rejissoru Dahay Kindir. Ekran əsərində əsas obrazları Dara Diveyni, Ned Dennehi, Diarmuid de Faoite və Fionnuala Qiqaks canlandırıb.
«Finki» onlayn izlə
Film haqqında
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın