
Unutsam
2000-ci ilin yayında Fişer ailəsinin yetkin övladları Maykl, Holli və Şeron ataları Lunun 75 illik yubileyini qeyd etmək üçün Vaşinqtona toplaşırlar. İkinci Dünya müharibəsi veteranı olan atanın şərəfinə təşkil edilən bayram məclisi tezliklə gərgin mübahisəyə çevrilir. Doğmalar arasında qarşıdurmanın yaranmasına Mayklın yeni kitabı səbəb olur.
Yəhudişünaslıq üzrə professor olan Mayklın Holokost xatirəsi və yəhudi kimliyi ilə bağlı mübahisəli fikirləri bacıları tərəfindən narazılıqla qarşılanır. İdeoloji toqquşmalar fonunda keçmiş incikliklər, eləcə də ailənin həll olunmamış maliyyə və məişət problemləri yenidən üzə çıxır. «Unutsam» filmi bir evin içində illərlə toplanan ziddiyyətləri nümayiş etdirir.
2017-ci ildə ABŞ-da istehsal olunmuş dram filminin rejissoru Devid Horndur. Əsas rolları Larri Briqqman, Mariya Ditsiya, Taşa Lourens və Ceremi Şamos canlandırıblar.
«Unutsam» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 2017
- Ölkə
- ABŞ
- Rejissor
- Devid Horn
- Janr
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Çoxsəsli kadrarxası
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın