
Flamandların sirri
XV əsrdə Yan Van Eykin kəşf etdiyi yağlı boyalarla rəsm çəkmək bacarığına yalnız bir neçə niderlandlı sənətkar sahib idi. Bu texnikanın sirri diqqətlə qorunur və kənara çıxmasına imkan verilmirdi. Mediçi bankiri sinyor Kavalyeri isə həmin yeni məktəbin əsərlərini İtaliyanın ayrı-ayrı hökmdarlarına baha qiymətə sataraq böyük qazanc əldə edirdi.
Neapoldan olan gənc rəssam Antonello və onun müəllimi bankirin evində bu qeyri-adi tabloları görürlər. Bir-biri ilə daim rəqabət aparan italyan feodalları isə öz saraylarına bu sirri bilən sənətkarları cəlb etmək və nüfuzlarını artırmaq arzusundadırlar.
Fransa istehsalı olan «Flamandların sirri» tarixi dram filmi 1974-cü ildə rejissor Rober Vale tərəfindən ekranlaşdırılıb. Ekran əsərində baş rolları İzabel Acani, Jan-Klod Dofen, Katrin Anqlad və Fransuaz Bett canlandırıblar.
«Flamandların sirri» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 3 yanvar 1974
- Ölkə
- Fransa
- Rejissor
- Rober Vale
- Janr
- Keyfiyyət
- 480p
- Tərcümədə
- Peşəkar çoxsəsli
- Müddət
- 52 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın