
Müqəddəs ailə
Tanınmış antropoloq və universitet müəllimi Janın həyatında çətin günlər başlayır. Qohumlarının hər biri sanki qəsdən bir-birinin güzəranını zəhərləməyə çalışır. Janın şıltaq zadəgan anası ancaq özünü düşünür və oğluna açıq nifrətlə yanaşır, içki düşkünü olan qardaşının fikri isə yalnız bank hesabındadır.
Vəziyyət boşanma ərəfəsində olan həyat yoldaşının hamiləlik xəbəri ilə daha da mürəkkəbləşir. Eyni zamanda böyüməkdə olan uşaqları da tam müstəqillik tələb edərək ailə nəzarətindən çıxmağa cəhd göstərirlər.
«Müqəddəs ailə» (La sainte famille) adlı fransız filmi 2019-cu ildə çəkilib. Komediya və dram janrındakı ekran əsərinin rejissoru Lui-Do de Lankese həm də Laura Smet, Marta Keller və Lea Drüker ilə birlikdə əsas rollardan birini ifa edib.
«Müqəddəs ailə» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 9 avqust 2019
- Ölkə
- Fransa
- Rejissor
- Lui-Do de Lankese
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Çoxsəsli kadrarxası
- Müddət
- 90 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın