
Let Me Go
«Let Me Go» filmi dörd yaşında ikən anası Traudi tərəfindən tərk edilmiş Helqanın həyatından bəhs edir. Hələ 1941-ci ildə faşistlərin SS sıralarına qoşulmaq üçün övladından imtina edən ana illər sonra yenidən gündəmə gəlir. Artıq yetkin yaşa çatan Helqa anasının Vyanadakı qocalar evində can verdiyini bildirən məktub alır.
Ailəsindən uzun illər boyu gizlətdiyi ağrılı keçmişlə üzləşmək istəyən Helqa Avstriyaya yola düşməyə qərar verir. Qızı Bet nənəsinin sağ olduğunu öyrəndikdən sonra şok keçirib evdə qalır, lakin nəvəsi Emili bu səfərdə nənəsinə qoşulur. Beləliklə, bir ailənin bir neçə nəsil qadınları uzun müddət gizli qalmış acı həqiqətlərlə qarşılaşırlar.
2017-ci ildə ekranlara çıxan dram filminin rejissoru Polli Stildir. Böyük Britaniya və Avstriya istehsalı olan layihənin baş rollarını Culyet Stivenson, Codi Mey, Lüsi Boynton və Karin Bertlinq canlandırıblar.
«Let Me Go» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 4 may 2017
- Ölkə
- Böyük Britaniya, Avstriya
- Rejissor
- Polli Stil
- Janr
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Çoxsəsli kadrarxası
- Müddət
- 101 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın