
Josie & Jack
Analarını erkən yaşda itirən bacı və qardaş spirtli içki aludəçisi olan ataları tərəfindən cəmiyyətdən təcrid olunmuş şəkildə böyüdülür. Uzun sürən qapalı həyat oğlanın qaçışı ilə dəyişir. Bir neçə həftə sonra o, bacısını da bu dözülməz şəraitdən çıxarmaq üçün geri qayıdır.
İkili oğlanın təsadüfi sevgililərinin evində qalaraq və yeni zəngin tanışlarının dəstəyinə güvənərək həyatlarını davam etdirməyə çalışır. Lakin azadlığın verdiyi ilk sevinc hissi tezliklə yox olur. Gənc qız qardaşının davranışlarında nifrət etdikləri atalarının vərdişlərini və xüsusiyyətlərini görməyə başlayır.
2019-cu il istehsalı olan «Josie & Jack» dram filminin rejissoru Sara Lankasterdir. Əsas rolları Oliviya DiYon, Aleks Nyustadter, Uilyam Fixtner və Annabell Dekster-Cons canlandırıb.
«Josie & Jack» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 24 oktyabr 2019
- Ölkə
- ABŞ
- Rejissor
- Sara Lankaster
- Janr
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Çoxsəsli kadrarxası
- Müddət
- 103 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın