
Limon bağına aparan yol
Yaşlı siciliyalı Antonio Kontatini dünyasını dəyişdikdən sonra ərafda qalır və yer üzündəki məsələləri qaydasına salmadan cənnətə gedə bilmir. Göylərə yol tapmaq üçün onun ruhu oğlu Kaloceroya görünür. Ruh oğlundan küsülü qohumları barışdırmağı və külünü Siciliyadakı Rakalmuto qəsəbəsində yerləşən ata-baba limon bağına səpməyi tələb edir.
Kalocero bu tapşırığı həvəssiz qəbul edir, üstəlik onun bu işi bitirmək üçün cəmi on dörd gün vaxtı var. Vəziyyəti çətinləşdirən digər məqam isə Vinçentsonun rəhbərlik etdiyi qohumların həmin bağı əyləncə parkı tikmək istəyən şirkətlərə satmağa hazırlaşmasıdır. Onlar Kaloceronun səfərini pozmaq üçün hər yola əl atırlar.
«Road to the Lemon Grove» filminin rejissoru Deyl Haydbaunddur. Kanada və İtaliyanın birgə istehsalı olan dram-komediya janrlı bu ekran işi 2019-cu ildə işıq üzü görüb. Baş rolları Charly Chiarelli, Bert Yanq, Rossella Breşiya və Nik Mankuzo canlandırıblar.
«Limon bağına aparan yol» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 2019
- Rejissor
- Deyl Haydbaund
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Çoxsəsli kadrarxası
- Müddət
- 88 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın