
Yarışçı
1998-ci ilin yayında məşhur «Tur de Frans» veloyürüşünün ilk mərhələləri İrlandiya yollarında start götürür. İyirmi ildir bu idman növündə çıxış edən təcrübəli belçikalı velosipedçi Dom Şabol öz dövrünün ən bacarıqlı idmançılarından biri sayılır. O, uzun illərdir komandanın kapitanını qələbəyə çatdırmaq üçün arxa planda qalaraq fədakar rol icra edir.
İdman karyerası artıq sona yaxınlaşır və bu gerçəklik onun qarşısında yeni suallar qoyur. Şabol peşəkar idmandan getməzdən əvvəl gizli arzusunu gerçəkləşdirmək, nəhayət, finiş xəttini şəxsən birinci keçərək tək bircə dəfə də olsa qalib gəlmək istəyir.
«The Racer» adlı idman dramı rejissor Kiron C. Uolş tərəfindən ekranlaşdırılıb. Belçika, İrlandiya və Lüksemburq kinematoqrafçılarının 2020-ci ildə birgə ərsəyə gətirdiyi filmdə baş rolları Luis Talpe, Matteo Simoni, Tara Li və İen Qlen canlandırıb.
«Yarışçı» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 13 mart 2020
- Ölkə
- Belçika, İrlandiya, Lüksemburq
- Rejissor
- Kiron C. Uolş
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Çoxsəsli kadrarxası
- Müddət
- 95 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın