
Zorillik tropiki
Mayotta adasında qeyri-qanuni yaşayan komorlu ana körpəsi Moizisi tərk edir. Uşağı uzun illərdir bu məkanda çalışan tibb bacısı Mari övladlığa götürür. Fransız qadın balaca Moizini öz mədəniyyətinin qaydaları ilə böyüdür və ona qayğı göstərir.
Lakin oğlanın on üç yaşı tamam olanda Mari qəfil anevrizma partlamasından dünyasını dəyişir. Küçədə tək qalan yeniyetmə daxmaların hökm sürdüyü sərt reallıqla üzləşir. Yaşamaq uğrunda vurnuxan Moizi çox keçmədən yerli cinayətkar dəstənin başçısı Brüsün təsiri altına düşür.
«Tropique de la violence» adlı dram filmi 2022-ci ildə Fransada istehsal olunub. Ekran əsərinin quruluşçu rejissoru Manuel Şapiradır. Baş rolları Jil-Alan Nqalamu Hippokrat, Selin Sallett, Dali Benssalah və Fazal Bacar-Moilim canlandırıblar.
«Zorillik tropiki» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 23 mart 2022
- Ölkə
- Fransa
- Rejissor
- Manuel Şapira
- Janr
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Çoxsəsli kadrarxası, Синема УС
- Müddət
- 92 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın