
Bastardi: Reparát
Prezident əfvi ilə azadlığa çıxan sabiq müəllim Mayer üçün yeni həyat başlayır. Ailəsini itirmiş və gedəcək yeri qalmayan kişiyə köhnə dostu İvan sahib çıxır. Qaraçı məhəlləsində pedaqoq köməkçisi işləyən İvan təcrübəli dostunun dəstəyi ilə vaxtilə qapadılmış məktəbi bərpa etmək və yerli gənclərin təhsil almasına şərait yaratmaq niyyətindədir.
Mayer bu təkliflə razılaşır və dərhal işə başlayır. O, planı reallaşdırmaq məqsədilə keçmiş həmkarlarını və artıq böyümüş köhnə şagirdlərini axtarıb tapır. Lakin müəllimin həbsdən çıxmasından kriminal aləmin nüfuzlu siması Dostal da xəbər tutur. O, oğlu ilə nəvəsinin ölümünə görə Mayeri günahlandırır və intiqam almağa hazırlaşır.
«Bastardi: Reparát» filmi Çexiya istehsalıdır və dram ilə komediya elementlərini birləşdirir. 2023-cü ildə işıq üzü görən ekran əsərinin quruluşçu rejissoru və baş rol ifaçısı Tomaş Maqnusekdir. Digər əsas obrazları Zdenek Qodla, İrji Krampol və Gabriela Qasparova canlandırıblar.
«Bastardi: Reparát» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 16 mart 2023
- Ölkə
- Çexiya
- Rejissor
- Tomás Magnusek
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Çoxsəsli kadrarxası
- Müddət
- 86 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın