
Perspektiv
Rəqəmsal yeniliklər insanlara gələcək hadisələrin görüntülərini əvvəlcədən izləmək imkanı verir. Pullu xidmət göstərən "LookApp" adlı yeni tətbiq fərdin xatirələrini və düşüncələrini təhlil edərək taleyin mümkün gedişatını nümayiş etdirir. Lakin bu proqrama aludə olub həyatını itirən və psixoloji asılılığa düşən xeyli sayda istifadəçi var.
Aaron tətbiqin fəsadları və riskləri barədə tam məlumatlıdır. Buna baxmayaraq, sevgilisi ilə ən yaxın dostunun gizli münasibətdə olmasından şübhələndiyi üçün qadağalara məhəl qoymur. Həqiqəti aydınlaşdırmaq istəyən gənc proqramdan istifadə etməyə qərar verir.
2024-cü ildə İspaniyada çəkilən "Perspectiva" fantastik dram filminin rejissorları Benjamín Blas və Guillermo González Lancharesdir. Baş rolları Benjamín Blas, Bárbara Carramolino, Jonás Torres və Miriam Velasco canlandırırlar.
«Perspektiv» onlayn izlə
Film haqqında
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın