
Carol of the Bells
Skott Conson körpəlikdə övladlığa götürülüb və uşaqlıqdan bəri Milad bayramını qeyd etməkdən qətiyyətlə imtina edir. Buna səbəb bayram ərəfəsində baş verən qəzada onu böyüdən valideynlərini itirməsi olur. İllər sonra o, həqiqi anasını tapmaq məqsədilə gizlicə xüsusi xəfiyyəyə müraciət edir.
Axtarışlar tezliklə nəticə versə də, öyrəndiyi faktlar Skottu çıxılmaz vəziyyətə salır. Məlum olur ki, Kerol adlı bioloji anası Daun sindromundan əziyyət çəkir. Eşitdiklərindən sarsılan baş qəhrəman qadınla üz-üzə gəlməyə cəsarət etmir. Həqiqəti öyrənən həyat yoldaşı isə təşəbbüsü öz üzərinə götürmək qərarına gəlir.
«Carol of the Bells» dram filminin rejissoru Coy Travoltadır. 2019-cu ildə ABŞ-da istehsal olunan ekran əsərində Li Porsell, Andrea R. Fridman, Yuly Mireles və Donna Peskov çəkiliblər.
«Carol of the Bells» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 19 oktyabr 2019
- Ölkə
- ABŞ
- Rejissor
- Coi Travolta
- Janr
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Çoxsəsli kadrarxası
- Müddət
- 100 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın