
Paris-Brest
Gənc tələbə Kolen valideynlərinin ikiüzlülüyündən və tamahkarlığından canını qurtarmaq istəyir. O, Brestdən Parisə gedərək Sorbonnada təhsil almaq qərarına gəlir. Lakin imkanlı nənəsi Manu nəvəsindən ayrılmaq istəmədiyi üçün ona yol xərci vermir. Çıxış yolunu oğurluqda görən oğlan nəticədə şəhəri tərk edir.
Beş il sonra doğma yerlərə qayıdan Kolen ailəsinin əsl üzü ilə qarşılaşır. Məlum olur ki, onun keçmiş cinayətindən istifadə edən valideynləri xəstə nənəni qocalar evinə yerləşdirib və bütün var-dövlətinə sahib çıxıblar. İndi o, həm Manu ilə üz-üzə gəlmək, həm də onların əməllərini ifşa edəcək bioqrafik roman yazmaq niyyətindədir.
2020-ci ildə Fransada lentə alınan «Paris-Brest» filminin rejissoru Filip Lioredir. Ekran əsərində rolları Antoni Bajon, Katrin Arditi, Valeri Karsenti və Jil Koen canlandırıblar.
«Paris-Brest» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 20 mart 2020
- Ölkə
- Fransa
- Rejissor
- Filipp Liore
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Çoxsəsli kadrarxası
- Müddət
- 79 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın