
Skipping Stones
Gənc Bobbinin ölümü ilə nəticələnən bədbəxt hadisənin üstündən təxminən on il keçir. Həyatını itirən oğlanın ən yaxın dostu Devid kollecdəki təhsilini yarımçıq qoyaraq böyüdüyü kiçik şəhərə dönür. İllər ötsə də, daxili sarsıntı və günahkarlıq hissi gəncin yaxasını buraxmır.
Doğma evdə ailəsi ilə münasibətləri bərpa etməyə çalışan Devid onların ehtiyatlı və narahat davranışları ilə qarşılaşır. Çox keçmədən o, hələ də övlad itkisinin kədərini yaşayan ailənin digər üzvü, Bobbinin kiçik bacısı Amanda ilə yaxınlaşır. Yaranan bu səmimi dostluq hər iki gəncə keçmiş faciə ilə barışmaq və həyata davam etmək üçün təkan verir.
ABŞ istehsalı olan «Skipping Stones» dram filmi 2020-ci ildə rejissor Stiven Ceyms Krizzo tərəfindən çəkilib. Ekran əsərində baş rolları Nataniel Ansbax, Qabrielle Kalomiris, Maykl Ayronsayd və Patrişa Şarbonno canlandırıb.
«Skipping Stones» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 4 oktyabr 2020
- Ölkə
- ABŞ
- Rejissor
- Steven James Creazzo
- Janr
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Peşəkar çoxsəsli
- Müddət
- 120 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın