
Ailə davası
Atalarının vəfatından sonra bacı və qardaş olan Meqqi ilə Benə ümumi torpaq sahəsi miras qalır. Borclarını ödəmək üçün Ben vaxtilə öz payını bacısına satıb uzaqlaşsa da, illər ötdükdən sonra geri qayıtmağa qərar verir. O, köhnə torpağını geri almaq və orada ev tikmək niyyətindədir.
Ərazidə tikinti texnikasını görən Meqqi mülkünü geri verməkdən qəti şəkildə imtina edir. Doğmalar arasındakı köhnə narazılıqlar yenidən alovlanır və tərəflər kompromisə getmək istəmir. Mübahisə elə bir həddə çatır ki, qəzəblənən bacı qardaşına atəş açaraq onu yaralayır.
2017-ci ildə ABŞ-da istehsal olunmuş «Trouble» filmi komediya və dram janrlarını birləşdirir. Ekran əsərinin rejissoru Tereza Rebekdir. Əsas rolları Anjelika Hyuston, Bill Pullmar, Devid Mors və Culiya Staylz canlandırıblar.
«Ailə davası» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 8 iyun 2017
- Ölkə
- ABŞ
- Rejissor
- Tereza Rebek
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Çoxsəsli kadrarxası
- Müddət
- 100 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın