
Ümid yaşayır
Qızını bullinq səbəbindən itirən Piter Rayan ağır dərddən sonra həyatını yenidən qurmağa çalışır. Başqa bir yerə köçən ata yeniyetmələr üçün nəzərdə tutulmuş xüsusi dərnəyə rəhbərlik etməyə başlayır. Tezliklə bu dəstək qrupuna məktəbdə hər gün müxtəlif zorakılıq və təzyiqlərlə üzləşən altı yuxarı sinif şagirdi qoşulur.
Bu görüşlər vasitəsilə gənclər dərdlərini bölüşməyi, bir-birinə dayaq durmağı və daxili güc tapmağı öyrənirlər. Şagirdlərə yol göstərən Piter isə eyni zamanda öz qəlbindəki sağalmayan yaralar və itki acısı ilə yenidən üz-üzə qalır.
ABŞ istehsalı olan «Ümid yaşayır» (Hope Lives) dram filmi 2022-ci ildə Entoni Hakett tərəfindən ekranlaşdırılıb. Əsas rolları Karen Aberkrombi, Viktoriya Riçards, Şeron Lanye və Mariya Berkovits canlandırıb.
«Ümid yaşayır» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 8 aprel 2022
- Ölkə
- ABŞ
- Rejissor
- Entoni Hekett
- Janr
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Çoxsəsli kadrarxası, Синема УС
- Müddət
- 113 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın