Hanna K.
Film1983Fransa, İsrail111 dəq.720p

Hanna K.

Hanna K.
IMDb
6.6

1980-ci illərin məhkəmə prosesi vəkil Hanna Kaufmanı terror aktları hazırlamaqda ittiham olunan fələstinli Səlim Bəkri ilə üz-üzə qoyur. Hannanın valideynləri Holokost faciəsini yaşamış amerikalı yəhudilərdir, dövlət ittihamçısı Coşua Hersoq isə onun həm sevgilisi, həm də gələcək övladının atasıdır. Səlim heç bir partlayış planlaşdırmadığını, sadəcə 1967-ci ildə ailəsinin əlindən çıxmış evini geri almaq istədiyini bildirir. Vəkil onu həbs cəzasından qurtarmağı bacarsa da, qanunsuz miqrant statusuna görə Səlim İordaniyaya deportasiya edilir.

Bir müddət sonra fələstinli yenidən İsrailə qayıdır və təkrar dəmir barmaqlıqlar arxasına düşür. O, hüquqlarını müdafiə etmək üçün yenə Hannaya üz tutur və vəkil həmin mülkün keçmişini araşdırmağa başlayır. Məlum olur ki, həmin ev dağıdılmış ərəb kəndinin yerində salınmış Kfar Rimon qəsəbəsinin ərazisində qalıb. Hanna mülkiyyət hüququ uğrunda mübarizəyə qoşulduğu ərəfədə vəkillər kollegiyası ona sövdələşmə təklif edir: araşdırmanı dayandırmaq müqabilində Səlimə Cənubi Afrika vətəndaşlığı verilməlidir.

«Hanna K.» dram filmi 1983-cü ildə rejissor Kosta-Qavras tərəfindən çəkilib. Fransa və İsrail istehsalı olan ekran əsərində baş rolları Cill Kleybörq, Jan Yann, Qabriel Birn və Məhəmməd Bəkri canlandırıblar.

İzlə

«Hanna K.» onlayn izlə

Hələlik yalnız rus dilində səsləndirmə mövcuddur.

Pleyer

Film haqqında

Buraxılış tarixi
7 sentyabr 1983
Rejissor
Kosta-Qavras
Janr
Keyfiyyət
720p
Tərcümədə
Orijinal
Müddət
111 dəq.

Rollarda

—hələ qiymət yoxdur
Filmi qiymətləndirinQiymətiniz tövsiyələrə kömək edəcək

Rəylər 0

Rəy yazmaq, bəyənmək və cavab vermək yalnız qeydiyyatdan keçmiş izləyicilər üçündür

Hələ rəy yoxdur — ilk siz yazın