
Un mundo normal
Teatr rejissoru Ernesto çətin günlər keçirir və həyatındakı böhranla mübarizə aparır. Bu ərəfədə o, anasının vəfat etdiyini və qohumlarının onu adi bir qəbiristanlıqda dəfn etmək qərarına gəldiyini öyrənir. Lakin mərhum qadın sağlığında son vəsiyyət kimi cəsədinin dəniz sularına tapşırılmasını istəmişdi.
Ailəsinin qərarı ilə razılaşmayan və qanunları heçə sayan Ernesto gözlənilməz addım atır. Dəfn mərasiminə gedən yolda o, anasının tabutunu qaçıraraq onun əsl arzusunu yerinə yetirməyə çalışır. Atasının bu təhlükəli və qəribə hərəkətini görən qızı isə onu fikrindən daşındırmaq üçün arxasınca yola düşür.
2020-ci ildə İspaniyada çəkilmiş «Un mundo normal» dram filminin rejissoru Açero Manyasdır. Əsas rolları Ernesto Alterio, Gala Amyach, Rut Dias və Pau Dura canlandırıblar.
«Un mundo normal» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 23 avqust 2020
- Ölkə
- İspaniya
- Rejissor
- Açero Manyas
- Janr
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Çoxsəsli kadrarxası
- Müddət
- 103 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın