
Hamımızın daxilindədir
London sakini Hemiş miras qalmış evin sənədləşdirmə işləri üçün İrlandiyanın Doneqal qraflığına yola düşür. Lakin yolda baş verən qəza onun bütün planlarını alt-üst edir. Qarşıdan gələn maşınla toqquşma nəticəsində gənc sürücü həyatını itirir, Hemiş isə xəsarət alaraq sağalmaq üçün əyalətdə qalmalı olur.
Faciənin yaratdığı günah hissi ilə mübarizə aparan qəhrəman həmin qəzadan sağ çıxmış digər yeniyetmə Evan ilə tanış olur. Bu gənclə qurduğu ünsiyyət və əcdadlarının yurdunda keçirdiyi vaxt qapalı xarakterə malik Hemişi öz keçmişinə və həyatına fərqli nəzərlərlə baxmağa vadar edir.
«Hamımızın daxilindədir» (It Is in Us All) dram filminin rejissoru həm də layihədə rol almış Antoniya Kempbell-Hüzdür. 2022-ci il İrlandiya istehsalı olan ekran əsərində baş rolları Kosmo Carvis, Riz Mennion və Klas Banq canlandırıb.
«Hamımızın daxilindədir» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 14 mart 2022
- Ölkə
- İrlandiya
- Rejissor
- Antoniya Kempbell-Hüz
- Janr
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Çoxsəsli kadrarxası
- Müddət
- 92 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın