
Lamiel
Kənd kilsə xidmətçisinin övladlığa götürdüyü Lamiel adlı qız öz taleyini dəyişmək qərarına gəlir. Həkim Sanfenin köməyi ilə hersoginya de Miossanın yanında mütaliəçi kimi işə düzəlir. Beləliklə, kəndli həyatı geridə qalır və o, zadəgan mühitinə daxil olur.
Həkimin dəstəyi ilə cəmiyyətdə daha da irəliləyən gənc qadın əvvəlcə markiz d’Orpyenin övladlığına çevrilir, sonra isə qraf d’Obinye ilə ailə qurur. Yüksək mövqe və var-dövlət qazansa da, onun həyatında əsl sevgi çatışmır. Bu duyğu Lamielin qarşısına quldur Valber çıxdıqdan sonra baş qaldırır.
1967-ci ildə Fransa və İtaliya istehsalı olan «Lamiel» dramatik komediyasını rejissor Jan Orel lentə alıb. Əsas rollarda Anna Karina, Mişel Buke, Deniz Jans və Mark Eyro çəkiliblər.
«Lamiel» onlayn izlə
Film haqqında
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın