
Dözümsüzlüyün sonu
Həbsxanadan çıxdıqdan sonra yeni bir başlanğıc etmək istəyən Lucretia Whittaker adlı qaradərili qadının planları yolda qarşılaşdığı polisin müdaxiləsi ilə alt-üst olur. Ağdərili patrul Joel Murphy tərəfindən saxlanılan qadınla zabit arasında yaranan mübahisə qısa müddətdə davaya çevrilir. Silah səsləri eşidilir, polis aldığı güllə yarasından həyatını itirir və vahiməyə düşən Lucretia hadisə yerindən qaçır.
Hadisə şahidlərindən biri baş verənlərin nəticəsini mobil telefona çəkərək internetdə paylaşır. Video qısa zamanda sosial şəbəkələrdə yayılır və medianın diqqət mərkəzinə çevrilir. Canlı efirlər və xəbər proqramları vasitəsilə bütün ölkənin izlədiyi genişmiqyaslı axtarış əməliyyatı başladılır.
«Intolerance: No More» dram filminin rejissoru Serxio Gerrerodur. 2019-cu il istehsalı olan ABŞ filmində əsas obrazları Yeniffer Behrens, Helen Kennedy, Rene Michelle Aranda və Al Burke canlandırıblar.
«Dözümsüzlüyün sonu» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 2019
- Ölkə
- ABŞ
- Rejissor
- Serxio Qerrero
- Janr
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Çoxsəsli kadrarxası
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın