Miyau
Film2021Hindistan145 dəq.720p

Miyau

Meow
IMDb
6.5
«Səhra ailə dramı»

Hindistanın Kerala ştatından Birləşmiş Ərəb Əmirliklərinə köçən Dasthakir burada kiçik bir mağaza işlədir. Həyat yoldaşı Sulu və üç övladı ilə yaşayan bu adam keçmişdə pişik ucbatından baş verən ağır qəzadan sonra çox təşvişli olub, dinə bağlanıb və pişiklərdən zəhləsi gedir. Ev xərcləri və məişət məsələləri üstündə düşən növbəti mübahisədən sonra arvadı uşaqları qoyub müvəqqəti olaraq valideynlərinin yanına gedir.

«Meow» filminin inadkar qəhrəmanı ailə qayğılarını və uşaqların tərbiyəsini təkbaşına öz üzərinə götürür. Ev işlərinin ağırlığı bir tərəfdən, qapısının ağzından əl çəkməyən sahibsiz küçə pişiyi isə digər tərəfdən kişinin gününü daha da çətinləşdirir.

2021-ci ildə çəkilən bu Hindistan dram və komediyasının rejissoru Lal Xosedir. Əsas rollarda Soubin Şahir, Mamta Mohandas, Salim Kumar və Harisree Yousuf çıxış edirlər.

İzlə

«Miyau» onlayn izlə

Hələlik yalnız rus dilində səsləndirmə mövcuddur.

Pleyer

Film haqqında

Buraxılış tarixi
24 dekabr 2021
Ölkə
Hindistan
Rejissor
Lal Xose
Keyfiyyət
720p
Tərcümədə
Çoxsəsli kadrarxası, Синема УС
Müddət
145 dəq.

Rollarda

—hələ qiymət yoxdur
Filmi qiymətləndirinQiymətiniz tövsiyələrə kömək edəcək

Rəylər 0

Rəy yazmaq, bəyənmək və cavab vermək yalnız qeydiyyatdan keçmiş izləyicilər üçündür

Hələ rəy yoxdur — ilk siz yazın