
Kiçik dünyanın sonu
Yetim qalan Kida və Makoto uşaqlıq illərindən bir-birinə dayaq olublar. Sonradan onların sırasına valideynsiz böyüyən Yotti də qoşulur. Üçlük hər anını bir yerdə keçirsə də, baş verən gözlənilməz hadisə onların həyatını tamamilə alt-üst edir.
Aradan on il ötür və uşaqlıq dostları artıq fərqli sahələrdə çalışırlar. Kida danışıqlar aparan mütəxəssis, Makoto isə ticarət şirkətinin rəhbəri kimi fəaliyyət göstərir. Keçən illər ərzində hər iki dost talelərini dəyişdirən bu dünyaya qarşı qisas almaq üçün vahid bir plan hazırlayıb.
2021-ci ildə çəkilən «The Master Plan» filmi Yaponiya istehsalı olan dram və triller janrındadır. Ekran əsərinin rejissoru Yuichi Satodur. Baş rolları Takanori Iwata, Mackenyu, Anna Yamada və Anne Nakamura canlandırıblar.
«Kiçik dünyanın sonu» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 29 yanvar 2021
- Ölkə
- Yaponiya
- Rejissor
- Yuichi Sato
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Çoxsəsli kadrarxası
- Müddət
- 101 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın