
Müqəddəs torpaqda
2016-cı ildə Dakota Access boru kəmərinin inşası zamanı Stendinq-Rok rezervasiyasındakı yerli xalqın müqəddəs əraziləri təhlükə altına düşür və tərəflər arasında qarşıdurma yaranır. Maddi çətinlik çəkən Əfqanıstan müharibəsi veteranı Daniel Texasın mühafizəkar qəzetindən xüsusi tapşırıq alır. Ondan hadisələri neft sənayesinin xeyrinə işıqlandırmaq tələb olunur.
Etirazların mərkəzinə gələn jurnalist burada vəziyyətin əsl mahiyyəti ilə tanış olur və neft şirkətinin nümayəndəsi Elliot ilə əlaqə saxlayır. Yerli sakinlərin mübarizəsini yaxından görən Daniel tərəflərin maraqlarını yenidən təhlil etməli və redaksiyanın ona verdiyi vəzifəyə başqa gözlə baxmalı olur.
ABŞ istehsalı olan «Müqəddəs torpaqda» (On Sacred Ground) dram filmi 2023-cü ildə rejissorlar Coşua Tikell və Rebekka Harrell tərəfindən çəkilib. Əsas rolları Uilyam Mapoter, Devid Arkett, Emi Smart və Frensis Fişer ifa ediblər.
«Müqəddəs torpaqda» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 13 yanvar 2023
- Ölkə
- ABŞ
- Rejissor
- Coşua Tikell, Rebekka Harrell
- Janr
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Çoxsəsli kadrarxası, AlphaProject
- Müddət
- 86 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın