
Grace Point
Yeniyetmə oğlunun narkotik asılılığından yaxa qurtarmasını istəyən Uinston onu ucqar bir reabilitasiya mərkəzinə aparır. Brendon üçün bu yolçuluq yeni bir başlanğıc olmalı idi. Lakin Grace Point adlı sakit və gözdən uzaq qəsəbənin yanacaqdoldurma məntəqəsində edilən qısa fasilə gözlənilməz faciə ilə nəticələnir.
Oradakı yerli sakinlərlə ata arasında yaranan mübahisə qəfil davaya çevrilir və Uinston ağır xəsarət alır. Hadisəni telefonunun kamerasına çəkən Brendon dərhal həmin aqressiv insanların hədəfinə çevrilir. O, təqibdən qurtulmaq üçün heç tanımadığı bu yad ərazidə qaçıb gizlənmək məcburiyyətində qalır.
ABŞ istehsalı olan «Grace Point» trilleri 2023-cü ildə işıq üzü görüb. Filmin rejissoru Rori Karpfdır. Əsas rollarda Con Ouen Lou, Edvard Barbanell, Şon Kerriqan və Harlan Drum çəkiliblər.
«Grace Point» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 11 fevral 2023
- Ölkə
- ABŞ
- Rejissor
- Rori Karpf
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Çoxsəsli kadrarxası, Синема УС
- Müddət
- 84 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın