
Dahanın qaranlıq tərəfi
Yeddi il psixiatriya xəstəxanasında qalan rəssam Culian Cons nəhayət azadlığa buraxılır. O, vaxtilə sevgilisi və modeli olmuş Annanın qətlinə görə həmin müəssisəyə salınmışdı. İndi isə Culian yenidən fırçanı əlinə alır və çəkdiyi yeni rəsmləri satmaq üçün bir sənət dileri ilə işbirliyinə başlayır.
Qapalı həyat sürən rəssamın fəaliyyəti sənətşünas və jurnalist Cennifer Koulun diqqətini çəkir. Müəllifdən müsahibə götürmək və onun keçmişindəki qaranlıq məqamları aydınlaşdırmaq istəyən gənc qadın Culianı axtarıb tapır. O, ətrafdakı insanların təhlükə barədə xəbərdarlıqlarına məhəl qoymadan bu işin ardınca gedir.
«Dark Side of Genius» filmi rejissor Fidon Papamaykl tərəfindən ekranlaşdırılıb. ABŞ istehsalı olan bu psixoloji triller 1994-cü ildə nümayiş olunub. Filmdə əsas obrazları Brent Freyzer, Finola Hyuz, Qlenn Şediks və Mun Yunit Zappa canlandırıb.
«Dahanın qaranlıq tərəfi» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 27 dekabr 1994
- Ölkə
- ABŞ
- Rejissor
- Phedon Papamichael
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Orijinal, Birsəsli kadrarxası
- Yaş
- 18+yalnız böyüklər üçün
- Müddət
- 85 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın