
İstəksiz mühacir
Bütün şüurlu ömrünü Texasda keçirən gənc Raymond üçün ABŞ yeganə doğma məkan idi. Gözlənilməz deportasiya qərarı onun bütün planlarını alt-üst edir və o, yalnız körpəlikdən xatırladığı Meksikaya göndərilir. Doğma vətəni sayılan bu ölkə gənc oğlan üçün tamamilə yad və qərib bir mühitə çevrilir.
Mexikoya gələn Raymond körpəlikdən bəri üzünü görmədiyi və bu görüşə heç də sevinməyən atası ilə bir yerdə yaşamağa məcbur olur. Yeni reallığa uyğunlaşmağa çalışan qəhrəman zəng mərkəzində iş tapır. Bütün bu çətinliklərə baxmayaraq, o, turist vizası alaraq ən qısa zamanda yenidən Birləşmiş Ştatlara qayıtmağa ümid bəsləyir.
«Accidental Expat» adlı meksika istehsalı dram filminin rejissoru Alan Barrdır. 2025-ci il ekran işində baş rolları Edgar de Santiago, Enrique Arreola, Fátima Favela və Axel Alcantara canlandırıblar.
«İstəksiz mühacir» onlayn izlə
Film haqqında
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın