
Həyat dolu banka
İyirmi yaşlı Marlen hələ də valideynləri ilə birgə qalır, kinoteatrda çalışır və gələcəyə dair konkret planlar qura bilmir. Həmişə macəra axtarışında olan böyük qardaşı Erik isə bacısının qorxularını aşması üçün ona xüsusi bir banka hədiyyə edir. Qardaşının təklifinə görə, qız buraya şəxsi nailiyyətlərini və maraqlı xatirələrini yazdığı qeydləri toplamalıdır. Lakin qəfil baş verən yol qəzası nəticəsində Erik həlak olur, Marlen isə yaralanır.
Qardaşının əşyaları arasından Antarktidaya yollanan tədqiqat gəmisinə bilet tapan Marlen onun yarımçıq qalmış arzusunu gerçəkləşdirmək qərarına gəlir. Hədiyyə bankanı yanına götürən gənc qız Hamburq limanına doğru yola düşür. «Vielmachglas» filmi itki ilə üzləşən bir gəncin özünəinam qazanmaq üçün atdığı addımları ekrana gətirir.
Almaniya istehsalı olan dram və komediya janrlı layihənin rejissoru Florian Rossdur. 2018-ci il ekran işinin baş rollarında Mark Benjamin, İlka Bessin, Adam Bousduks və Qerda Böken çəkiliblər.
«Həyat dolu banka» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 8 mart 2018
- Ölkə
- Almaniya
- Rejissor
- Florian Ross
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Orijinal, Həvəskar ikisəsli
- Müddət
- 85 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın