
İkinci pərdə
Fizioterapevt Eva təqaüdə çıxdıqdan sonra daxili bir boşluqla üzləşir. Həyat yoldaşı qonşu qadına görə onu tərk edib, yetkin oğlu isə artıq anasının qayğısına ehtiyac duymur. Belə bir vaxtda ona insult keçirmiş məşhur, lakin eqoist aktyor Harald Skoqun evdə bərpası ilə məşğul olmaq təklif edilir. İnadkar sənətçi Sirano de Berjerak obrazını səhnədə canlandırmaq xatirinə tezliklə ayağa qalxmaq arzusundadır.
Eva tənha günlərini doldurmaq məqsədilə bu təklifi qəbul edir. Lakin Haraldın mürəkkəb xarakteri və şıltaqlıqları gündəlik məşğələləri qısa zamanda ciddi bir sınağa çevirir. Bir-birinə bənzəməyən bu iki insanın ünsiyyəti asan keçmir.
2023-cü il istehsalı olan «İkinci pərdə» (Andra akten) filminin rejissoru Marten Klinberqdir. İsveç dram komediyasında əsas rolları Lena Olin, Rolf Lassqord, Lars Vorinqer və Görel Krona canlandırıb.
«İkinci pərdə» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 2 fevral 2023
- Ölkə
- İsveç
- Rejissor
- Mårten Klingberg
- Keyfiyyət
- 480p
- Tərcümədə
- Çoxsəsli kadrarxası, Синема УС
- Müddət
- 114 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın