
25-ci saat
Bruklin sakini Monti Broqan narkotik ticarətinə görə yeddi illik həbs cəzası alıb. Dəmir barmaqlıqlar arxasına yollanmazdan qabaq azadlıqda cəmi son sutkası qalan gənc, vaxtını ən yaxın insanlarına ayırmağa qərar verir. Uşaqlıqda yanğınsöndürən olmağı arzulasa da, taleyini qanunsuz yolla bağlayan Monti artıq etdiklərinin bədəlini ödəmək ərəfəsindədir.
Qəhrəman azadlıqdakı son iyirmi dörd saatını sevgilisi Naturel, ailəsi, dostları və keçmiş iş şərikləri ilə birgə keçirir. O, doğma mühitlə uzunmüddətli vidalaşma ərəfəsində arxada qalan illərə nəzər salır, etdiyi səhvləri və bütün həyatını yenidən düşünməyə çalışır.
«25th Hour» adlı dram filmini 2002-ci ildə ABŞ rejissoru Spayk Li lentə alıb. Əsas personajı Edvard Norton canlandırıb, digər rollarda isə Filip Seymur Hoffman, Barri Pepper və Rozario Douson çəkiliblər.
«25-ci saat» onlayn izlə
Film haqqında
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın