
Yerdənkənar
Çernobıl yaxınlığındakı kiçik bir kənddə yaşayan Semyonov ahıl qayınanasının evində qəribə və kiçik bir məxluq tapır. O, Yeqoruşka adlandırdığı bu varlığı qonşuluqda yaşayan sahə müvəkkili Saşaya göstərir. Milis işçisi tapıntını maddi sübut kimi öz evinə aparır və həyat yoldaşının etirazlarına baxmayaraq soyuducuda saxlayır.
Qaydalara uyğun olaraq Saşa rəhbərliyinə məruzə edir və tapıntının rəsmi ekspertizadan keçirilməsini istəyir. Bundan sonra kənddə vəziyyət qəlizləşir: arvadı Saşanı tərk edir, qoca qadın müəmmalı şəkildə həyatını itirir, kəndə yadplanetliləri araşdıran mütəxəssis gəlir, keçmiş çernobılçı olan sahə müvəkkilini isə qəribə görüntülər narahat etməyə başlayır.
«Yerdənkənar» (Vnezemnoy) fantastik dram filmini rejissor Sergey Krutin lentə alıb. Rusiya və Ukrayna istehsalı olan bu ekran əsəri 2007-ci ildə nümayiş olunub. Filmdə əsas obrazları Yuri Stepanov, Sergey Batalov, Larisa Şaxvorostova və Vitali Linetski canlandırıb.
«Yerdənkənar» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 3 iyun 2007
- Rejissor
- Sergey Krutin
- Janr
- Keyfiyyət
- 480p
- Tərcümədə
- Tərcümə tələb olunmur
- Yaş
- 18+yalnız böyüklər üçün
- Müddət
- 128 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın