
Müqəddəs qan
Feniksin uşaqlıq illəri sirk mühitində keçib. Atası Orqo bıçaqatan, anası Konça isə akrobat kimi çıxış edirdi. Bir gün qadın ərinin döyməli bir gənc qadınla görüşdüyünə şahid olur. Qısqanclıq hissinə boğulan Konça Orqonun üzünə turşu atır, qəzəblənən kişi isə qisas olaraq arvadının hər iki qolunu kəsir və dərhal öz boğazını üzür. Hadisələrin balaca oğlanın gözü qarşısında baş verməsi onun psixiatriya xəstəxanasına düşməsi ilə nəticələnir.
Uzun illərdən sonra xəstəxanadan çıxan Feniks artıq qolları olmayan anasının yanına sığınır. O, bütün gününü evdə keçirir, anasına xörək bişirməyə kömək edir və görünməzlik formulunu kəşf etməyə çalışır. Uşaqlıq xatirələri yenidən baş qaldırdıqca şəhərdə amansız qətllər silsiləsi başlayır.
«Holy Blood» filmi 1989-cu ildə rejissor Alejandro Jodorowsky tərəfindən İtaliya və Meksikanın birgə istehsalı kimi ərsəyə gətirilib. Əsas rollarda Axel Jodorowsky, Blanca Guerra, Guy Stockwell və Thelma Tixou çəkiliblər.
«Müqəddəs qan» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 10 iyun 1989
- Rejissor
- Alexandro Xodorovski
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Həvəskar birsəsli, Авторский (одноголосый закадровый)
- Yaş
- 18+yalnız böyüklər üçün
- Müddət
- 123 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın