
Naoko
On iki yaşlı Naoko səhhətini bərpa etmək məqsədilə valideynləri ilə birlikdə adaya yollanır. Orada qaçış idmanında istedadı ilə seçilən Yuske adlı oğlanla tanış olur. Lakin limana gedərkən Naoko balıqçı qayığından dənizə düşür. Yuskenin atası qızı xilas etməyə çalışarkən həyatını itirir və bundan sarsılan oğlan faciəyə görə Naokonu günahlandırır.
Aradan altı il vaxt keçsə də, baş verənlər qızın yaddaşından silinmir. Onlar məktəblilər arasında keçirilən idman yarışında yenidən qarşılaşırlar. Yuske artıq böyük ümidlər bəslənən peşəkar qaçışçıdır. Oğlanın narazılığına və soyuq münasibətinə baxmayaraq, Naoko onun marafona hazırlaşan komandasına menecer kimi qoşulur.
2008-ci ildə çəkilmiş Yaponiya istehsalı «Naoko» filminin rejissoru Tomoyuki Furumayadır. Baş rolları Curi Ueno, Haruma Miura, Tsurube Shofukutei və Go Ayano canlandırıblar.
«Naoko» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 16 fevral 2008
- Ölkə
- Yaponiya
- Rejissor
- Tomoyuki Furumaya
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Orijinal (+subtitrlər), Həvəskar çoxsəsli, Orijinal, Həvəskar çoxsəsli, LovelyVox
- Müddət
- 120 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın