
İynə
Alma-Ataya qayıdan Moro gəlişini ailəsindən gizlətməyə çalışır. Qalmağa yer axtararkən vaxtilə sevdiyi qız olan Dinanı xatırlayır və onun yanına üz tutur. Dina görüşə sevinir, lakin Moronu qızın qəribə davranışı və ətrafındakı şübhəli adamlar dərhal narahat etməyə başlayır.
Çox keçmədən Moro Dinanın narkotik aludəçisinə çevrildiyini anlayır. Qızı bu bəladan qurtarmaq üçün onu dəniz sahilinə aparır və təmiz mühitdə Dinanın vəziyyəti xeyli yaxşılaşır. Şəhərə qayıtdıqda isə köhnə vərdişlər yenidən baş qaldırır və Moro narkotik paylayanlarla təkbətək mübarizəyə girmək qərarı verir.
1988-ci ildə SSRİ-də çəkilmiş «İynə» dramatik triller filminin quruluşçu rejissoru Rəşid Nuqmanovdur. Ekran əsərində baş rolları Viktor Tsoy, Marina Smirnova, Pyotr Mamonov və Aleksandr Başirov canlandırıblar.
«İynə» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 16 sentyabr 1988
- Ölkə
- SSRİ
- Rejissor
- Rəşid Nuqmanov
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Tərcümə tələb olunmur
- Yaş
- 18+yalnız böyüklər üçün
- Müddət
- 76 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın