
İlahi işıq
İspaniyada vətəndaş müharibəsinin qızğın çağında Xoakin adlı gənc çoban sahədə başından ağır yaralanmış naməlum bir adam tapır. Yaddaşını tamamilə itirmiş bu şəxsi gizlədərək sağaldan gənc ona Qalapaqo adını verir. Lakin tezliklə Xoakini hərbi xidmətə çağırırlar və o, xilas etdiyi insanı sığınacaqlardan birində qoyub getməyə məcbur olur.
Onilliklər sonra gəncliyinin keçdiyi yerlərə qayıdan Xoakin Qalapaqonu axtarmağa başlayır və onu küçədə uşaqların əhatəsində tapır. Keçmiş çoban apardığı kiçik araşdırma nəticəsində bu səfil və yoxsul adamın XX əsrin ən dahi şəxsiyyətlərindən biri olduğunu anlayır.
2002-ci il istehsalı olan «İlahi işıq» (La luz prodigiosa) dram filminin rejissoru Migel Ermosodur. İspaniya istehsalı ekran əsərində baş rolları Alfredo Landa, Nino Manfredi, Kiti Manver və Xose Luis Qomes canlandırıblar.
«İlahi işıq» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 31 yanvar 2003
- Ölkə
- İspaniya
- Rejissor
- Migel Ermoso
- Janr
- Keyfiyyət
- 480p
- Tərcümədə
- Dublyaj
- Yaş
- 12+12 yaşdan yuxarı uşaqlar üçün
- Müddət
- 108 dəq.
- Mükafatlar
- qələbə: 1 · nominasiya: 0
Rollarda
Mükafatlar və nominasiyalar
- 🏆Golden GeorgeQalib · 2003
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın