
Daşlaşmış meşə
Cibində bircə qəpiyi belə qalmayan yazar Alan Skvayr Arizona səhrasındakı yol ilə tənha addımlayır. Yorğun səyyah sonda köhnə bir yanacaqdoldurma məntəqəsinin yanındakı kiçik kafeyə gəlib çıxır. Burada o, müəssisə sahibi Ceyson Meyplın qızı Qabriella ilə tanış olur və gənclər bir-birinə bağlanırlar. Qızın ən böyük arzusu isə təhsilini davam etdirmək üçün Parisə yollanmaqdır.
Kafeyə daxil olan Çizholm cütlüyü Qabriellanın xahişi ilə Alanı Kaliforniyaya aparmağa razılıq verir. Lakin onların səfəri qəfil yarımçıq qalır, çünki Oklahomadakı cinayətlərdən sonra qaçan Dyuk Manti və dəstəsi həmin məkana soxularaq hər kəsi girov götürür. Çıxılmaz vəziyyətə düşən yazıçı quldur başçısına qeyri-adi bir təklif irəli sürərək getməzdən qabaq onu güllələməsini istəyir.
«The Petrified Forest» filmi rejissor Arçi Mayo tərəfindən ekranlaşdırılmışdır. 1936-cı ildə ABŞ-da istehsal olunmuş bu dramatik trillerdə baş rolları Lesli Hovard, Betti Deyvis, Jenevyeva Tobin və Dik Foran canlandırıblar.
«Daşlaşmış meşə» onlayn izlə
Film haqqında
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın