
Bu hitdir!
Rik böyük səhnə arzusunu reallaşdıra bilməyib və dolanışığını toylarda mahnı oxumaqla təmin edir. Belə məclislərdən birində o, populyar musiqi qrupunun ulduzu Denni ilə qarşılaşır. Tədbirdən sonra bir araya gələn ifaçılar birlikdə məşq edirlər və Rik öz musiqi qaralamalarını məşhur həmkarı ilə bölüşür.
Bir müddət sonra Denni həmin melodiyanı qlobal hitə çevirərək dünya siyahılarında birinci yerə yüksəlir. Aldadıldığını anlayan Rik haqqını tələb etmək və şöhrətdən öz payını almaq üçün addım atır. Lakin hətta onun həyat yoldaşı və qızı belə bu mahnının ona aid olduğuna inanmır.
«Power Ballad» musiqili komediya-dramının rejissoru Con Karnidir. ABŞ və İrlandiyanın birgə istehsalı olan 2026-cı il filmində Pol Radd, Nik Conas, Piter Makdonald və Marsella Plankett çəkiliblər.
«Bu hitdir!» onlayn izlə
Film haqqında
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın