İynəli qız
Film2024Polşa, Fransa, Danimarka, İsveç, Belçika18+123 dəq.720p

İynəli qız

Pigen med nålen
IMDb
7.5
KP
7.2

1918-ci ildə Kopenhagen şəhərində tikiş fabrikində çalışan Karolina müharibə dövrünün çətinlikləri ilə üzləşir. Cəbhədə itkin düşən ərindən ümidini kəsən gənc qadın imkanlı müdiri ilə münasibət qurur. Döyüşlər bitdikdən sonra tanınmaz hala düşmüş həyat yoldaşı geri qayıdır, lakin hamilə olan Karolina varlı sevgilisinin onunla evlənəcəyini düşünərək ərini qovur.

Evliliklə bağlı xəyalları puç olan qadın tezliklə işini də itirir və təkbaşına qalır. Çıxılmaz vəziyyətə düşən çarəsiz Karolina böyük bir iynə götürərək ictimai hamama yollanır və bətnindəki uşaqdan özü qurtulmaq qərarına gəlir.

«Pigen med nålen» dram filmi rejissor Maqnus fon Horn tərəfindən lentə alınıb. Danimarka, Polşa, Fransa, İsveç və Belçikanın birgə istehsalı olan bu ekran əsəri 2024-cü ildə işıq üzü görüb. Əsas rolları Viktoriya Karmen Sonn, Trine Dürholm, Besir Zeciri və Xoakim Fyelstrup canlandırıblar.

İzlə

«İynəli qız» onlayn izlə

Hələlik yalnız rus dilində səsləndirmə mövcuddur.

Pleyer
Səsləndirmə4

Film haqqında

Buraxılış tarixi
15 may 2024
Janr
Keyfiyyət
720p
Tərcümədə
Orijinal (+subtitrlər), TVShows, LineFilm, Orijinal
Yaş
18+yalnız böyüklər üçün
Müddət
123 dəq.

Rollarda

Mükafatlar və nominasiyalar

  • 🎗Ən yaxşı xarici dildə filmə görə "Oskar" mükafatıNominasiya
—hələ qiymət yoxdur
Filmi qiymətləndirinQiymətiniz tövsiyələrə kömək edəcək

Rəylər 0

Rəy yazmaq, bəyənmək və cavab vermək yalnız qeydiyyatdan keçmiş izləyicilər üçündür

Hələ rəy yoxdur — ilk siz yazın