
Nyu-York, Nyu-York
1945-ci ildə cəbhədən qayıdan Cimmi gecə klubunda caz orkestrinin çıxışı zamanı Fransina adlı gənc qadınla tanış olmağa çalışır, lakin rədd cavabı alır. Növbəti səhər onlar gözlənilmədən bir otelin foyesində yenidən qarşılaşırlar. Fransina rəfiqəsini axtarır, borc içində olan Cimmi isə nömrə pulunu gecikdirmək üçün otel rəhbərliyinə yalvarır.
İstəyinə nail ola bilməyən Cimmi oteldən qaçmalı olur və qızı da özü ilə birlikdə taksiyə dartır. Yolda aydın olur ki, o, bacarıqlı saksofon ifaçısıdır. Hadisələrin gedişində Fransina öz istəyindən asılı olmayaraq Cimminin növbəti musiqi dinləməsinə qatılır.
ABŞ istehsalı olan «Nyu-York, Nyu-York» musiqili dram filmi 1977-ci ildə rejissor Martin Skorseze tərəfindən çəkilib. Ekran əsərində baş rolları Robert De Niro, Layza Minnelli, Layonel Stender və Barri Praymus canlandırırlar.
«Nyu-York, Nyu-York» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 21 iyun 1977
- Ölkə
- ABŞ
- Rejissor
- Martin Skorseze
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Peşəkar çoxsəsli, Профессиональный (многоголосый закадровый)
- Yaş
- 16+daha yetkin tamaşaçılar üçün
- Müddət
- 155 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın