
Fatal Attraction
Vəkil Den Qallager gənc həyat yoldaşı Bet və balaca qızı ilə birlikdə dinc və qayğısız bir ömür sürürdü. Ailəsi şəhərdən kənara, qohumlarının yanına getdikdə isə hər şey dəyişir. Tək qalan hüquqşünas xidmət etdiyi şirkətin yeni əməkdaşı Aleks Forrestlə tanış olur və qadının marağı qarşılığında onunla qısa bir eşq macərasına başlayır.
İki gündən sonra Den öz evinə və ailəsinə qayıtmaq istəyir, lakin qadının onu buraxmaq niyyəti yoxdur. Aleks damarlarını kəsərək vəkili qorxuya salır və Den təşviş içində ona yardım etməyə məcbur olur. Nəhayət onun yanından uzaqlaşıb öz evinə çatsa da, tərk edilməyi qəbul etməyən qadın vəkilin və ailəsinin günlərini dəhşətə çevirir.
ABŞ istehsalı olan «Fatal Attraction» filmi 1987-ci ildə nümayiş olunub. Triller janrındakı ekran əsərinin rejissoru Edrian Layndır, baş rolları isə Maykl Duqlas, Qlenn Klouz, Enn Arçer və Ellen Hemilton Lattsen canlandırıb.
«Fatal Attraction» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 16 sentyabr 1987
- Ölkə
- ABŞ
- Rejissor
- Adrian Layn
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Peşəkar çoxsəsli, Профессиональный (многоголосый закадровый)
- Yaş
- 16+daha yetkin tamaşaçılar üçün
- Müddət
- 119 dəq.
- Mükafatlar
- qələbə: 1 · nominasiya: 6
Rollarda
Mükafatlar və nominasiyalar
- 🏆ABŞ Kinotənqidçiləri Milli Şurası: On ən yaxşı filmQalib
- 🎗Ən yaxşı filmə görə "Oskar" mükafatıNominasiya · 1988
- 🎗Ən yaxşı rejissor işinə görə "Oskar" mükafatıNominasiya · 1988
- 🎗Ən yaxşı ikinci plan qadın roluna görə "Oskar" mükafatıNominasiya · 1988
- 🎗Ən yaxşı uyğunlaşdırılmış ssenariyə görə "Oskar" mükafatıNominasiya · 1988
- 🎗Ən yaxşı qadın roluna görə "Oskar" mükafatıNominasiya · 1988
Hamısını göstər (7)
- 🎗Ən yaxşı montaja görə Oskar mükafatıNominasiya · 1988
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın