
Təkəbbürlülər
Meksikanın kiçik bir qəsəbəsinə səfər edən fransız cütlüyünün həyatı qəfil ölümlə sarsılır. Əri dünyasını dəyişən fransız qadın heç tanımadığı yad insanların arasında tək-tənha qalır. Üstəlik, onun dolanışıq üçün heç bir maddi vəsaiti də qalmır.
Qəhrəman yad diyarda qarşılaşdığı bu çətin sınaqla üz-üzə gələrək mövcud şəraitə uyğunlaşmağa çalışır. Ətrafdakı yeni mühit onu düşdüyü ağır vəziyyətdən çıxış yolu axtarmağa məcbur edir.
1953-cü il istehsalı olan «Təkəbbürlülər» (Les orgueilleux) dram filmi Fransa və Meksika kinematoqrafçılarının birgə işidir. Rejissor kürsüsündə İv Alleqre və Rafael E. Portasın əyləşdiyi ekran əsərində baş rolları Mişel Morqan, Jerar Filip, Viktor Manuel Mendosa və Karlos Lopes Moktesuma canlandırıb.
«Təkəbbürlülər» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 25 noyabr 1953
- Rejissor
- İv Alleqre, Rafael E. Portas
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Orijinal, Peşəkar ikisəsli
- Müddət
- 103 dəq.
- Mükafatlar
- qələbə: 0 · nominasiya: 1
Rollarda
Mükafatlar və nominasiyalar
- 🎗Academy Award for Best StoryNominasiya · 1957
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın