
Gənc arvad
Manya hələ yeddinci sinifdən bəri sevdiyi Volodyanı səbirlə əsgərlikdən gözləyir. Lakin ordu xidmətindən qayıdan gənc bacısının toyuna başqa bir qızla gələrək Manyanın hisslərini heçə sayır. Bu xəyanətin gətirdiyi dərin sarsıntıdan sonra qız hamının acığına balaca qızı olan dul Alekseyə ərə getməyə qərar verir.
Zəhmətkeş və təsərrüfatçıl olan yeni ər arvadı üçün arxa-dayaq ola bilərdi, lakin o, gənc xanımını hər kəsdən təcrid etməyə çalışır. Belə qapalı həyata dözə bilməyən Manya ərinin istəyinə qarşı çıxaraq qiyabi texnikumun qəbul imtahanlarını vermək üçün şəhərə yollanır.
«Молодая жена» мелоdram filmi 1978-ci ildə SSRİ-də lentə alınıb. Rejissoru Leonid Menaker olan ekran əsərinin əsas rollarını Anna Kamenkova, Vladlen Biryukov, Qalina Makarova və Sergey Proxanov canlandırıblar.
«Gənc arvad» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 3 mart 1979
- Ölkə
- SSRİ
- Rejissor
- Leonid Menaker
- Keyfiyyət
- 480p
- Tərcümədə
- Tərcümə tələb olunmur
- Yaş
- 18+yalnız böyüklər üçün
- Müddət
- 97 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın