
Buradan bacardıqca uzağa
On yeddi yaşlı nadinc Ola valideynlərinə hər zaman çətin anlar yaşadır. Ailənin problemləri bununla bitmir: dolanışıq dalınca İrlandiyaya işləməyə gedən atası tikintidə baş verən bədbəxt hadisə nəticəsində vəfat edir. Anası ingiliscə danışa bilmədiyi üçün atasının külünü Polşaya gətirmək məcburiyyəti Olanın üzərinə düşür.
Bu qəribə səfərə çıxan qız təkcə vəzifə borcunu yerinə yetirmir, həm də şəxsi maraq güdür. Onu ən çox maraqlandıran məsələ rəhmətlik atasının ona söz verdiyi avtomobil üçün pul yığıb-yığmamasıdır. Qəhrəman yad ölkədə atasının həyatı və bu vəsait barədə həqiqətləri öyrənməyə çalışır.
2020-ci ildə ekranlara çıxan «Jak najdalej stad» dram və komediya janrlarını birləşdirən ortaq Polşa və İrlandiya istehsalıdır. Filmin rejissoru Pyotr Domalevskidir, əsas rollarda isə Zofya Stafej, Kinqa Preys, Arkadiuş Yakubik və David Tuley çəkiliblər.
«Buradan bacardıqca uzağa» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 25 sentyabr 2020
- Rejissor
- Piotr Domalewski
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Çoxsəsli kadrarxası
- Müddət
- 98 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın