
Restless
Oksford Universitetinin aspirantı Rut Qilmartin gözlənilmədən ailəsi haqqında gizli qalmış bir həqiqəti öyrənir. Məlum olur ki, anası Salli uzun illərdir ikili həyat sürür və əslində onun adı Yeva Dilektorskayadır. Qadın vaxtilə gizli kəşfiyyat sisteminin bir hissəsi olub.
1939-cu ildə Britaniya kəşfiyyatının əməkdaşı Romer gənc Yevanın hisslərindən istifadə edərək onu sıralarına cəlb etmişdi. Xüsusi tapşırıqlardan birinin uğursuzluqla nəticələnməsi Yevanı kimliyini gizlədərək aradan çıxmağa məcbur etmişdi. İndi isə, otuz il keçdikdən sonra keçmiş casus qızına bütün həqiqəti danışır və ondan Romeri tapmasını istəyir.
«Restless» dram filmi rejissor Edvard Holl tərəfindən Böyük Britaniya və Almaniyanın birgə istehsalı kimi ərsəyə gətirilib. 2012-ci ildə ekranlara çıxan ekran əsərində baş rolları Mişel Dokeri, Heyli Etvell, Şarlotta Remplinq və Michael Peter Willis canlandırıb.
«Restless» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 7 dekabr 2012
- Ölkə
- Böyük Britaniya, Almaniya
- Rejissor
- Edward Hall
- Keyfiyyət
- 480p
- Tərcümədə
- Həvəskar çoxsəsli
- Müddət
- 180 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın