
Satisfaksiya
Nüfuzlu iş adamı Aleksandr gərgin keçən iş günündən sonra köməkçisi və dostu Dmitri ilə birgə restorana yollanır. Lakin məkana daxil olan Dmitri burada heç bir qonağın olmadığını görüb təəccüblənir. Ətrafda nə işgüzar tərəfdaşlar, nə də digər müştərilər gözə dəyir.
Qapılar içəridən bağlanır və kişilər səssiz ofisiantların xidmət etdiyi, spirtli içkilərlə dolu restoranda tək qalırlar. Şəxsi münasibətləri aydınlaşdırmaq və gizli qalmış məsələləri çözmək üçün onların bütöv bir gecəsi var. Bu qapalı məkanda başlayan açıq söhbət sabaha qədər davam edir.
«Satisfaksiya» dram filmi 2010-cu ildə Rusiyada çəkilib. Ekran əsərinin quruluşçu rejissoru Anna Matisondur. Əsas rolları Yevgeni Qrişkovets, Denis Burqazliyev, Oleq Malışev və Yevgeni Soloninkin canlandırıblar.
«Satisfaksiya» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 10 fevral 2011
- Ölkə
- Rusiya
- Rejissor
- Anna Matison
- Janr
- Keyfiyyət
- 720p
- Tərcümədə
- Tərcümə tələb olunmur
- Yaş
- 12+12 yaşdan yuxarı uşaqlar üçün
- Müddət
- 97 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın