
Ölümünə sevgi
Simon qəfil tutmadan sonra həkim tərəfindən ölü elan edilir, lakin az sonra heç nə olmamış kimi sevgilisi Elizabetin qarşısına çıxır. Sevdiyi insanın o dünyadan qayıtması qadının hisslərini alovlandırır və onların sevgisinə yeni bir nəfəs verir. Simon həyatını kökündən dəyişmək barədə düşündüyü bir vaxtda qəfil dünyasını dəyişir və bu dəfə birbaşa Elizabetin qollarında can verir.
Faciə ilə sarsılan qadın sevgilisinin ardınca getməyə söz verir. Ətrafdakılar ona bu bağlılıqdan əl çəkməyi və yenidən həyata qayıtmağı məsləhət görürlər. Bütün bu hadisələrin fonunda isə onların dostları olan riyakar dindarların yalançı həyat tərzi üzə çıxır.
1984-cü ildə çəkilmiş Fransa istehsalı «L'amour à mort» filminin rejissoru Alen Rene olub. Əsas rolları Sabin Azema, Fanni Ardan, Pyer Arditi və Andre Düssolye canlandırıblar.
«Ölümünə sevgi» onlayn izlə
Film haqqında
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın