
Ulbolsın
Şəhərdə məskunlaşan güclü və qətiyyətli Ulbolsın bacısı Ajarın gələcəyi üçün ciddi addımlar atmaq niyyətindədir. Kənd məktəbini bitirmək üzrə olan qızın xaricdə nüfuzlu universitetdə təhsil alması üçün böyük bacı xeyli vəsait toplayır. Hər şey hazır olanda o, Ajarı şəhərə aparmaq məqsədilə Karatas kəndinə yola düşür.
Doğma kəndə çatan Ulbolsın qorxunc bir vəziyyətlə qarşılaşır: bacısı qaçırılıb. Yerli sakinlərin böyük ehtiram bəslədiyi təbib Urgen gənc qızı özünə kiçik arvad — tokal etmək üçün gizlədib. Doğmasını xilas etməyə çalışan qadın kəndin qəbul etdiyi qaydalara qarşı təkbaşına mübarizə aparmalı olur.
«Ulbolsın» dram filminin rejissoru Adilxan Yerjanovdur. Qazaxıstan və Fransa kinematoqrafçılarının birgə istehsalı olan bu ekran əsəri 2020-ci ildə işıq üzü görüb. Əsas rolları Asel Sadvakasova, Sancar Madi, Berik Aytjanov və Daniyar Alşınov canlandırıb.
«Ulbolsın» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 2020
- Ölkə
- Fransa, Qazaxıstan
- Rejissor
- Adılxan Yerjanov
- Janr
- Keyfiyyət
- 480p
- Tərcümədə
- Tərcümə tələb olunmur, Оригинал
- Müddət
- 71 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın