
Café Chairel
Hadisələr Meksikanın Tampiko liman şəhərində cərəyan edir. Şəxsi itki ilə üzləşən orta yaşlı Alfonso yeni bir addım ataraq xüsusi qəhvəxana açmaq qərarına gəlir. Lakin bu sahədən anlayışı yoxdur və hətta qəhvəni yalnız bol südlə içməyə vərdiş edib.
Məkana təşrif buyuran ilk müştəri nəyisə arxada qoyub qaçan gənc və sərt xasiyyətli Katya olur. Alfonso onu özünə köməkçi götürür. Buna baxmayaraq, bir-birinə tamamilə zidd xarakterlər aralarında dərhal anlaşılmazlıq yaradır və bu durum yenicə fəaliyyətə başlayan kafenin işini çətinləşdirir.
Café Chairel filmi 2025-ci ildə meksikalı rejissor Fernando Barreda Luna tərəfindən dram və komediya janrlarında çəkilib. Ekran əsərində əsas rolları Mauritsio Isaak, Tessa Ia, Leonel Deluqlyo və Ernan del Riqo canlandırıb.
«Café Chairel» onlayn izlə
Film haqqında
- Buraxılış tarixi
- 2025
- Ölkə
- Meksika
- Rejissor
- Fernando Barreda Luna
- Keyfiyyət
- 480p
- Tərcümədə
- Çoxsəsli kadrarxası, MuzoBoz
- Müddət
- 110 dəq.
Rollarda
Rəylər 0
Hələ rəy yoxdur — ilk siz yazın